Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 811322
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə150 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
TƏCİLİ SATILIR – XALQLAR DOSTLUĞU VƏ NEFTÇİLƏR METROLARINA YAXIN 4 OTAQLI MƏNZİL Xalqlar Dostluğu və Neftçilər metro stansiyalarına eyni piyada məsafəsində, 8 KM Bazarının qarşısında, Heydər Parkının tam yanında yerləşən Leninqrad layihəli mənzil satışa təqdim olunur. Mənzil 5 otaqlı layihədən 4 otağa ideal şəkildə düzəldilib. Planlaşdırılması çox rahat və funksionaldır. Mətbəx və kiçik yataq otağının eyvanı artırılaraq sahə genişləndirilib, zal ilə yataq otağı birləşdirilib, dəhliz də genişləndirilib. Bütün dəyişikliklər mənzilin istifadəsini daha komfortlu edib. Mənzil yaxşı təmirlidir və qismən əşyalı satılır. Çıxarış (kupça) mövcuddur. Binanın həyəti yeni təmir olunub, geniş və səliqəlidir. Həyətdə uşaqlar üçün oyun meydançası, istirahət zonası və şlaqbaumla qorunan avtomobil dayanacağı mövcuddur. Yerləşdiyi ərazi inkişaf etmiş infrastruktura malikdir. Metro, məktəb, uşaq bağçası, marketlər, park və digər zəruri obyektlər mənzilə yaxın məsafədə yerləşir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı: 1% (alıcı tərəfindən ödənilir).