Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 810515
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə360 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Badamdar 1-ci massiv – elit küçədə müasir villa Badamdarın prestijli və sakit küçələrindən birində yerləşən bu villa təcili olaraq satışa çıxarılıb. Qiymət yerində real müştəri ilə müzakirə olunacaq. Telefon üzərindən son qiymət verilməyəcək. 4 sot torpaq sahəsində 2022-ci ildə yüksək keyfiyyət standartlarına uyğun inşa edilib. Tikinti tam monolit beton konstruksiya əsasında, 20 kolon üzərində aparılıb. Mərtəbələrarası arakəsmələr monolit betondur, tikintidə 18-lik Baku Steel armaturdan istifadə olunub. Fasad tam aqlay daşla üzlənib. Villa 2 yaşayış mərtəbəsindən ibarətdir: 5 otaq 4 sanuzel 2 maşınlıq yeraltı qaraj Təxminən 100 kv.m əlavə sahə (idman zalı və ya istirahət zonası üçün nəzərdə tutulub) Pəncərələr IZO sistem 74 mm, 6 mm temper şüşədir. Aksesuarlar Alman istehsalı GU markasına məxsusdur. İstilik sistemi kombidir, birinci mərtəbə isti döşəmə ilə təchiz olunub. Qaz, su və işıq daimidir. İlboyu yaşayış üçün tam yararlıdır. Həyət aqlay daşla döşənib. Geniş terras şəhərə açılan panoramik mənzərə təqdim edir. Bütün sənədlər qaydasındadır, çıxarış (kupça) mövcuddur. Real alıcı ilə yerində endirim nəzərdə tutulur. Ofis haqqı 1%.