Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 803969
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə370 m2
Torpaq sahəsi12 sot
Otaq sayı5 otaq
KreditKreditsiz
Ekskluziv təklif !! Bilgəh Ləhiş Bağları – Müasir Memarlıq və Premium Həyat Tərzi. Seabreez yaxın ərazisi. Bu villa premium həyat tərzini seçən insanlar üçün hazırlanmış xüsusi layihədir. Şablon göz yoran satışda olan digər bağ evləri ilə bir deyil. Memarlıq estetikası, ağıllı mühəndislik həlləri və yüksək səviyyəli interyeri ilə seçilən bağ evlərindən biridir. Bilgəh qəsəbəsi, Ləhiş Bağlarında yerləşən bu eksklüziv bağ evi müasir memarlığın, premium interyer dizaynının və yüksək texnologiyanın harmoniyasını özündə birləşdirir. Əsas magistral yola yaxın yerləşir. 12 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 370 m² ümumi sahəyə malik villa 5 otaqdan ibarətdir və tam şəkildə təmir olunmuş, tam əşyalı vəziyyətdə satışa çıxarılır. İnteryer beynəlxalq dizayn standartlarına uyğun hazırlanıb. Müasir minimalizm üslubu, yüksək tavanlar, geniş panoram pəncərələr, təbii işıqlandırma və xüsusi dizayn işıqlandırma sistemləri evə premium atmosfer bəxş edir. Bütün mebel, qapılar, hamam aksesuarları və interyer elementləri “Collezione Italia” brendinə məxsus premium məhsullardır. Otaqlarda istifadə olunan materiallar yüksək keyfiyyətli mərmər, dekorativ panellər, xüsusi teksturalı divar örtükləri və fərdi dizayn elementlərider Mətbəx ən son texnologiyalarla təchiz edilmişdir. “Franke” brendinin premium mətbəx avadanlıqlarıdir.Son model ankastre məişət texnikaları, geniş ada (island) mətbəxi. Evin texniki təminatı ən yüksək səviyyədə qurulmuşdur. Kombi sistemi-Bütün ev üzrə isti döşəmədir. “Mitsubishi” markalı ən son nəsil mərkəzi havalandırma və kondisioner sistemi.Daimi su təchizatı-35 tonluq şəxsi su anbarı Avtomatik suvarma sistemi- geniş və peşəkar landşaft dizaynına malik həyəti. 12 × 6 metr ölçüdə daşma tipli hovuz.Hovuz üçün ayrıca kombi sistemi sayəsində qış aylarında da istifadə imkanı Xaricdən gətirilmiş dekorativ ağaclar və bitkilər Geniş istirahət və BBQ zonası 24/7 Hikvision kamera müşahidə əlavə siqnalizasiya sistemi. Xidmət haqqı alcl tərəfindən 1 faiz təşkil edir.