Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 802386
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə215 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
SAHİL METROSU YAXINLIĞINDA EKSKLÜZİV ULTRA LÜKS MƏNZİL SATILIR!! . Şəhərin tam mərkəzində, Bakı şəhərinin ən prestijli və dəyərli küçələrindən biri olan Üzeyir Hacıbəyli küçəsində yerləşən arxitektur layihəli binada eksklüziv mənzil satışa təqdim olunur. Mənzil 5 mərtəbəli tarixi arxitektur binanın 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi çıxarış üzrə 215 kv.m təşkil edir. Mənzil iki ayrı mənzilin birləşdirilməsi nəticəsində yaradılıb və olduqca geniş, funksional planlanmaya malikdir. Mənzildə 4 otaq mövcuddur. Bundan əlavə geniş və komfortlu 2 qonaq otağı, rahat yataq otaqları, 2 qarderob otağı və 2 sanitar qovşaq yerləşir. Otaqlar geniş, hündür tavanlı və işıqlıdır. . Mənzil ultra-lüks səviyyədə təmir olunub. Təmir zamanı yalnız bahalı və keyfiyyətli materiallardan istifadə edilib. İnteryer peşəkar dizayner yanaşması ilə hazırlanıb və mənzil premium mebel və texnika ilə tam şəkildə təmin olunub. Bütün əşyalar və elektronika satış qiymətinə daxildir. . Binanın yerləşdiyi ərazi şəhərin ən elit və prestijli hissələrindən hesab olunur. Sahil metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşməsi, yaxınlıqda Bulvar, Nizami küçəsi, ticarət mərkəzləri, restoranlar, kafelər və digər vacib obyektlərin olması bu mənzili həm yaşayış, həm də investisiya baxımından olduqca dəyərli edir. Ərazi həm yerli sakinlər, həm də xarici vətəndaşlar tərəfindən ən çox tələb olunan lokasiyalardan biridir. . Real alıcı ilə qiymətdə razılaşma mümkündür. . Ətraflı məlumat və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. Ofis xidmət haqqı 1% təşkil edir.