Haqqında məlumat
Obyektin növü
Obyekt
Sahə
340 m2
Gənclik metrosunun yaxınlığında, Həsən Əliyev küçəsində yerləşən 340 kv.m ümumi sahəyə malik, 7 otaqlı geniş və tam təmirli kommersiya obyekti icarəyə təklif olunur. Müasir infrastruktura və əlverişli yerləşməyə malik olan bu obyekt müxtəlif biznes sahələri üçün ideal seçimdir. Məkanın yerləşdiyi ərazi mərkəzi, prestijli və yüksək piyada-nəqliyyat sıxlığına malikdir. Tam mərtəbənin yalnız bir istifadəçiyə məxsus olması müstəqil, sakit və rahat iş mühiti təmin edir. Obyektdə özəl lift, geniş resepsiyon sahəsi, 3 sanitar qovşağı, ayrıca mətbəx, 3 balkon, 24/7 kamera müşahidə sistemi, qaz, kombi istilik sistemi və isti döşəmə mövcuddur. Məkan tam hazır vəziyyətdədir və heç bir əlavə təmir xərci tələb etmir. Obyektin tam ətrafında Gənclik metrosu, 1 saylı ASAN xidmət, Azərbaycan Tibb Universiteti, King's Club, Ege Hospital, Olimpik Star idman və əyləncə mərkəzi, bank filialları (ABB, Kapital Bank və s.), notariat kontorları, prestijli məktəblər, apteklər, Bravo və Araz supermarketləri, çoxsaylı məşhur kafe və restoranlar fəaliyyət göstərir. Geniş imkanları və strategiyası sayəsində bu məkan holdinqlər, İT və konsaltinq şirkətləri, kurs və tədris mərkəzləri, klinika, showroom, vəkil büroları və digər kommersiya fəaliyyətləri üçün mükəmməl variantdır.