Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 800810
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə80 m2
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Satılır – Qanuni 3 otaqlı (4 otağa düzəldilmiş) mənzil Ünvan: Gəncə prospekti 59, Xəzər dairəsi. Yol kənarında yerləşir. Bütün ictimai nəqliyyat dayanacaqları yaxınlıqdadır. Mənzil haqqında: Eksperimental Kiyev layihəsi Qanuni 3 otaqlı, 4 otağa ideal şəkildə düzəldilib Sahə: 80 m² Mərtəbə: 9 mərtəbəli binanın 6-cı mərtəbəsi Orta blok, orta mənzil Yelçəkən (skvaznoy) Mənzil şəxsi istifadə üçün xüsusi zövqlə dizayn edilərək yüksək keyfiyyətlə təmir olunub. Təmir və istifadə olunan materiallar: Təmir zamanı mənzil betona qədər sökülərək tam yenidən təmir edilib. Bütün işlər keyfiyyətli materiallarla və peşəkar ustalar tərəfindən görülüb. Divarlar və tavan Ağdağ suvağı ilə mayak üzrə ideal səviyyədə işlənib. Elektrik, domofon və internet xətləri tam yenilənib. Döşəmə laqalı laminat və 60×120 ölçülü Hindistan istehsalı metlaxla örtülüb. Seyf giriş qapısı və daxili qapılar yüksək keyfiyyətli Rusiya istehsalıdır. PVC plastik pəncərələr və mərmər pəncərəaltılar quraşdırılıb. Mərkəzi istilik sistemi və kombi mövcuddur. Kombi və radiatorlar yüksək keyfiyyətlidir. Bütün işıqlandırma LED sistemidir. Divar kağızları Zambaiti markasına məxsusdur. Blok təmirlidir, lift yenidir. Mətbəx və sanitar qovşaq: Mətbəx mebeli quraşdırılıb. Qabyuyan üçün yer, moyka və qaz plitəsi mövcuddur. Sanitar qovşaq yüksək səviyyədə hidroizolyasiya olunub, 60×120 ölçülü Hindistan istehsalı kafel və metlaxdan istifadə edilib. TV stendi hazırlanıb. Əlavə üstünlüklər: Qaz, su, işıq və lift daimidir. Sakit və təmiz məhəllədə yerləşir. Mənzilin keyfiyyətini yalnız yerində baxaraq qiymətləndirmək mümkündür. Sənədlər: Kupça və texniki pasport var. Qeydiyyatda heç kim yoxdur. Alqı-satqı zamanı mənzil açar təhvil veriləcək. İpotekaya tam yararlıdır.