Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 799517
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə127 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı11 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xətai rayonu, Neapol dairəsinin yaxınlığında, “FATEH MTK” tərəfindən inşa olunmuş yeni tikili binada 3 otaqlı mənzil satılır. Mənzil 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 127 kv.m-dir. Təmirli və əşyalıdır. Qaz, su, işıq və istilik daimidir. Lift 10-cu mərtəbəyə qədər qalxır, mənzilə isə bir mərtəbə pilləkənlə çıxılır. Mənzil mansard deyil. Otaqlar hündür, geniş və işıqlıdır. Bütün otaqların çölə baxan pəncərələri və eyvana çıxışı var. Dam hissəsi beton örtüklüdür. Binanın divarları və otaqlararası arakəsmələri daşla hörülüb, izolyasiyası möhkəmdir. Buna görə otaqlar yayda sərin, qışda isə isti olur. Bina sakit və havalı ərazidə yerləşir. İnfrastruktur baxımından əlverişlidir. Əhmədli və Həzi Aslanov metrostansiyalarına piyada və ictimai nəqliyyatla rahat çatmaq mümkündür. Mənzilin sənədi çıxarışdır və ipotekaya yararlıdır. Qiymət: 239 000 AZN. Ofis xidmət haqqı: 1%.