Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 797624
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə300 m2
Torpaq sahəsi6 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Şüvəlanda mərkəzi yola yaxın, kupçalı 3 mərtəbəli villa satılır Xəzər rayonu, Şüvəlan qəsəbəsində, mərkəzi yoldan cəmi 100 metr məsafədə, tam asfaltlanmış, sakit və qapalı küçədə şəxsi istifadə üçün xüsusi layihə əsasında tikilmiş 3 mərtəbəli villa satışa çıxarılıb. Villa 6 sot torpaq sahəsində yerləşir. Ev yüksək keyfiyyətli tikinti materialları ilə inşa olunub, qoşa daşla tikilib, fundament və mərtəbələrarası hissələr monolit betondur. Binanın dörd tərəfi isti və soyuğa qarşı xüsusi izolyasiya qatı ilə örtülüb. Evin planlanması: - 1 geniş qonaq otağı - 3 yataq otağı - 1 istirahət otağı - Qarderob otağı - 2 mətbəx - 3 müasir sanitar qovşağı Həyət və əlavə imkanlar: - Pultla idarə olunan avtomatik darvaza - 12 × 4 metr ölçüdə skimmer sistemli hovuz - Geniş və daş döşənmiş həyət - Palma və dekorativ ağaclar - Sauna - 15 tonluq yeraltı su anbarı Kommunikasiya və təhlükəsizlik: - Qaz, su və işıq daimidir - Mərkəzləşdirilmiş kanalizasiya xətti - Telefon və sürətli optik internet - Mərkəzləşdirilmiş mühafizə sistemi - 24/7 onlayn kamera nəzarəti Məhəllə tam yaşayışlıdır və sakit mühitə malikdir. Yaxınlıqda məktəb, uşaq bağçası, iri marketlər və digər vacib infrastruktur obyektləri yerləşir. Ərazidən BakuBus marşrut xətti keçir. Torpağın bu ərazidə 1 sotunun bazar qiymətinin təxminən 50–55 min AZN olması təklifin investisiya baxımından da əlverişli olduğunu göstərir. Sənəd: Çıxarış (kupça) Qiymət: 650 000 AZN Xidmət haqqı: 1% Real alıcı ilə evə baxışdan sonra qiymətdə razılaşmaq mümkündür. Ətraflı məlumat və villaya baxış üçün əlaqə: 051 386 45 55