Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 795415
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə360 m2
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 5 ünvanında yerləşən sahəsi 360 kv.m olan 6 otaqlı bağ evi satılır. Mərkəzdə məktəblə üzbəüz yerləşən ikimərtəbəli evin sahəsi (12*15) m. Ümumi torpaq sahəsi 0,08 hektar olan evin damı Almaniya istehsalı olan metal şiferdəndir. Birinci mərtəbədə yay verandası, iki qonaq otağı və küçəyə çıxışı olan iki köməkçi otaq (18 kv.m, 50 kv.m) var. Küçəyə çıxışı olan otaqlardan obyekt kimi istifadə etmək olar. İkinci mərtəbənin döşəməsi mozaika parketdəndir. Orada iki yataq otağı (18, 24 kv.m) var. İkinci mərtəbədəki (50 kv.m) qonaq otağında qaz kamin var. Həmçinin bağlı veranda (50 kv.m), mətbəx, iki hamam, 2 ədəd split kondisioner, şəhər telefonu, internet, NTV paketi, krosna antenası var. Ev iki su xətti (Şollar və Ceyranbatan) ilə təmin olunub, həyətdə ehtiyat üçün 6 tonluq su çəni, çoxlu meyvə ağacları da (albalı, ərik, armud, gilas, alma, üzüm, heyva, xurma, badam, muşmula) var. Sənədlər qaydasındadır. Torpağın və evin kupçası var.