Bakı / Yasamal / Yasamal qəs. / Yeni tikili
18.07.2026
Elan nömrəsi: 787097
bina.az Vasitəçi
1.200 AZN 17 AZN/m2 Kirayə
Bakı. Səbail Bayıl Yasamal qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 787097
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 71 m2
Mərtəbə 9 mərtəbə
Binanın mərtəbə sayı 20 mərtəbə
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Melissa Park yaşayış kompleksində 71 kv - 3 otaqlı mənzil kirayə verilir. - 3 otaq (2 yataq otağı: 1 valideyn yataq otağı, 1 tək nəfərlik yataq otağı; 1 qonaq otağı; 1 kiçik mətbəx; 1 sanitar qovşağı kombi sistemi ilə; 1 balkon) - Ev tam təmir olunub. Evdə çox az müddət yaşayış olub. - Ev bütün əsas mebellərlə təchiz olunub, mebellər əksəriyyəti yenicə alınıb və heç istifadə olunmayıb. - Mənzil qabyuyan, paltaryuyan, soyuducu, qaz piltəsi, TV və iki kondisioner ilə təmin olunub. - Evdə əlavə olaraq paltar quruducu asılqanı, ütü masası, elektrik çayniki və dəmir çaydan mövcuddur. - Mənzil 20 mərtəbəli binanın 9-cu mərtbəsində yerləşir. - Kartla işləyən 3 lifti var (2 sakin üçün və 1 yük lifti). - Binanın parking üçün 4 mərtəbəli qarajı var (aylıq 50 AZN ödəməklə kart əldə oluna bilər). - Yaşayış kompleksinin uşaq oyun meydançası, geniş supermarketi fəaliyyət göstərir. - Yaşayış kompleksində 24/7 mühafizə və təhlükəsizlik kamera nəzarəti mövcuddur. Binaya və aidiyyəti mərtəbəyə yalnız kartla giriş edilə bilinir (kənar şəxs daxil ola bilmir). - Yaşayış kompleksi 20 yanvar metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşir. - Evin işiq, su, qaz, internet/WIFI və aylıq kommunal xərcləri kirayə götürənin hesabınadır. - Depozit haqqı: 1500 AZN (Qeyd: kirayəçi evdən çıxdıqdan sonra ev inspeksiya olunacaq, kirayəçinin yaşadığı müddətdə onun tərəfindən hər hansı fiziki/mexaniki zədə halları baş verdikdə təmir məqsədilə həmin depozit haqqından çıxılacaq, əks halda tam məbləğ geri qaytarılacaq. Nəzərə alınmalıdır ki, evdəki əşyaların böyük əksəriyyəti yenidir). Əlavə qeydlər: - qeyri-ciddi şəxslər narahat etməsin; - həqiqətən kirayə götürməyə hazır olan şəxslər əlaqə saxlasın; - uzunmüddətli (ən azı 1 il) kirayə götürməyə hazır olan şəxslərə üstünlük verilir; - sub-arenda üzrə əməkdaşlıq da mümkündür; - kirayə götürmək istəyən şəxs birbaşa müraciət edə bilər; - vasitəçilərlə əməkdaşlıq edilmir; - əlavə suallar üçün whatsapp vasitəsilə mesaj göndərməklə əlaqə saxlanıla bilər.
Zəng et
Bənzər elanlar