Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 783478
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə65 m2
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Buzovna qəsəbəsində, Naxır Bulaq adlanan əraziyə və 144 nömrəli uşaq bağçasına yaxın, kəndin prestijli və sakit hissəsində, Natevan küçəsində yerləşən şəxsi tikili həyət evi təcili satılır. Torpaq sahəsinin ümumi sahəsi 2.55 sotdur. Torpaq xüsusi mülkiyyətdədir və çıxarışı (kupçası) var. Evin ümumi sahəsi 65 kv.m-dir. Ev 5 daş kürsülüdür, orta təmirlidir və 2 otaqdan ibarətdir: 1 geniş zal, 1 yataq otağı, mətbəx, koridor və hamam-sanitar qovşağı (bir yerdə). Hamam-sanitar qovşağında təmir işləri tamamlanmayıb. Ev yaşayış üçün yaxşı vəziyyətdədir, lakin zövqə uyğun əl gəzdiriləsi bəzi yerləri mövcuddur. Həyəti genişdir, müxtəlif meyvə ağacları var. Küçə asfalt örtüklüdür, ərazi sakit, havası təmiz və yaşayış üçün əlverişlidir. Qaz, işıq, internet və daimi quyu suyu mövcuddur. Həyətə avtomobil daxil olmur, lakin küçə geniş olduğundan avtomobil saxlamaqla bağlı heç bir problem yoxdur. Mülkiyyətçi özüməm. Ev şəxsi tikilidir. Sənədləri tam qaydasındadır. Əlavə sualı olan şəxslər əlaqə saxlaya bilərlər. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Təcili satılır.