Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 782731
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə65 m2
Mərtəbə15 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 99 ünvanında (120-nin dairəsi, "Absheron Residence" yaşayış kompleksi) 2 otaqlı mənzil satılır. Ümumi sahəsi 65 m² olan mənzilin daxili planı tamamilə qanunidir, layihəsində heç bir dəyişiklik edilməyib, sadəcə hamam və sanuzeli ayrılıb. Ev təmirdən təzə çıxıb və təmirdən sonra mənzildə yaşayış olmayıb. Binada tam yaşayış var, qaz, su və işıq daimidir. Hazırda sənədi müqavilədir, mənzilin heç bir borcu yoxdur və təxminən bir il ərzində kupçası hazır olacaq. Yerləşdiyi mövqe olduqca əlverişlidir. Yaxınlığında 6 və 7 nömrəli tam orta məktəblər, həmçinin Bakı Mühəndislik Universiteti yerləşir. Ən böyük üstünlüklərindən biri odur ki, binanın önündən Şamaxı-Müşfiq yolunu Seabreeze-Nardarana birləşdirən 6 zolaqlı yeni kənar dairəvi yol çəkilir. Gediş-gəliş çox rahatdır və Xırdalanın daxili tıxacına girməyə ehtiyac yoxdur. Binanın yanından Əcəmi, Avtovağzal, 20 Yanvar metrolarına, həmçinin Binəqədi, Mehdiabad və Sumqayıta marşrutlar işləyir. Mənzilin videosu üçün əlaqə saxlaya bilərsiniz.