Bakı / Xəzər / Binə qəs. / Həyət evi - Villa
17.07.2026
Elan nömrəsi: 781926
bina.az Vasitəçi
250.000 AZN 776 AZN/m2 Satılır
Bakı. Səbail Bayıl Əli İsazadə küç.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(051) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 781926
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 322 m2
Torpaq sahəsi 7.3 sot
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Binə qəsəbəsinin Bolluq massivində, Mərdəkan şossesindən cəmi 500 metr məsafədə yerləşən bu müasir və tam təchizatlı həyət evi komfortlu yaşayış və yüksək həyat keyfiyyəti axtaran ailələr üçün ideal seçimdir. Ərazi əlverişli infrastruktura malikdir – yaxınlıqda 88 nömrəli tam orta məktəb, Bravo və Grand Market yerləşir. Ev 7.3 sot torpaq sahəsində inşa olunub və ümumi sahəsi 322 m² təşkil edir. Bir yaşayış mərtəbəsi və geniş zirzəmi qatından ibarətdir. Yaşayış mərtəbəsi: * Geniş və işıqlı zal * 3 rahat yataq otağı * Müasir mətbəx * Qarderob otağı * Anbar * 2 sanitar qovşağı * 25 m² açıq eyvan * Tavan hündürlüyü – 3 metr Zirzəmi qatı: * 2 avtomobil üçün 65 m² qaraj * Təxminən 85 m² fitness, istirahət və ya hobbi otağı kimi istifadə oluna biləcək geniş sahə * Tavan hündürlüyü – 2.2 metr Ev yüksək səviyyəli təhlükəsizlik və müasir texnologiyalarla təchiz olunub: * ZKTeco təhlükəsizlik kameraları * Siqnalizasiya sistemi * Uzaqdan idarəetmə funksiyaları * Kombi və kondisionerlərin idarə olunması * Ağacların avtomatik suvarılması * Yanğın və su axıntısına nəzarət sistemi Kommunikasiya və texniki təminatı: * Daimi su, qaz və 3 fazalı elektrik * 5G sürətli internet * Artezian quyusu * Samur–Abşeron kanalından qanuni suvarma xətti * Su drenaj sistemi * Yanğınsöndürmə xətti * 2.2 kV generator və generator üçün ayrıca elektrik xətti Həyətdə ailəvi istirahət və aktiv həyat tərzi üçün hər bir şərait yaradılıb: * 35 şam ağacı ilə yaşıllaşdırılmış ərazi * 3 tonluq su çəni * Güclü projektor işıqlandırmasına malik tennis və voleybol meydançası * 4 metr diametrli Intex hovuz * Əlavə sanitar qovşağı Ev bütün əşyaları ilə birlikdə satılır. 4 ədəd kondisioner və Kombi sistemi vardır. Ev və torpaq tam paket kupçalıdır.
Zəng et
Bənzər elanlar