Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 779979
Haqqında məlumat
Obyektin növüObyekt
Sahə80 m2
SənədÇıxarışlı
KreditKreditlə
Nərimanov metrosunun yaxınlığında, Metro Park Ticarət Mərkəzinin arxasında və Heydər Əliyev Mərkəzinə bir neçə dəqiqəlik məsafədə yerləşən yeni tikili binada kommersiya obyekti tecili satilir ! Yerləşdiyi ərazi yüksək keçidə və inkişaf etmiş infrastruktura malikdir. Nərimanov metrosu, Metro Park Ticarət Mərkəzi, Heydər Əliyev Mərkəzi, banklar, restoranlar, biznes mərkəzləri və digər vacib obyektlərə yaxın olması bu əmlakın həm dəyərini, həm də investisiya potensialını artırır. Obyekt binanın 2-ci mərtəbəsində yerləşir və ən böyük üstünlüklərindən biri girişinin 1-ci mərtəbədən ayrıca olmasıdır. Bu xüsusiyyət müştəri qəbulu, ofis fəaliyyəti, tədris mərkəzi, gözəllik salonu, klinika, konsaltinq şirkəti və digər biznes istiqamətləri üçün yüksək komfort və əlçatanlıq yaradır. Ümumi sahəsi 80 kvadratmetrdir. Obyekt tam təmirlidir və əlavə xərc tələb etmir. Hazırda ofis təyinatı ilə icarədədir və bu səbəbdən yeni sahibi üçün ilk gündən gəlir gətirən sərfəli investisiya hesab olunur. Şəxsi istifadə etmək istəyən alıcılar üçün də rahat və prestijli seçimdir. Sənədləri tam qaydasındadır. Sənəd növü qeyri-çıxarışdır və alqı-satqı üçün bütün zəruri sənədlər mövcuddur. Həm hazır gəlir əldə etmək, həm də gələcəkdə dəyəri artacaq prestijli bir kommersiya obyektinə sahib olmaq istəyənlər üçün ideal seçimdir. Ofis xidmət haqqı 1% təşkil edir.