Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 776017
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə196 m2
Torpaq sahəsi8 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Samux rayonunun Bağbanlar kəndində 9 otaqlı həyət evi satılır. Ev Gəncə şəhərinə və İmamzadə türbəsinə yaxın, əsas yola rahat çıxışı olan ərazidə yerləşir. Həyətyanı sahəsi 8 sotdan çoxdur, evin ümumi sahəsi isə 196 kv.m-dir. İkimərtəbəli ev ümumilikdə 9 otaqdan ibarətdir. İkinci mərtəbədə 3 otaq və 1 geniş zal təmirlidir. Birinci mərtəbədə yerləşən digər otaqlar qismən təmirli və təmirsiz vəziyyətdədir. Evdə 2 sanitar qovşağı mövcuddur. Əşyaların böyük hissəsi evdə qalacaq. Evin daxilində hovuz yerləşir. Həmçinin sauna üçün ayrıca otaq nəzərdə tutulub, lakin həmin hissənin təmirə ehtiyacı var. Evin çıxarışı mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Qiymət: 130 000 AZN. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ünvan: Samux rayonu, Bağbanlar kəndi.