Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 772033
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə110 m2
Torpaq sahəsi10 sot
Otaq sayı3 otaq
KreditKreditsiz
Qax rayonunun İlisu kəndinin tam mərkəzində yerləşən 3 otaqlı ev günlük kirayə verilir. Minimum qalma müddəti 3 (üç) gecədir. Ev İlisu məktəbinin yuxarı hissəsində yerləşir və 10 sot geniş həyətə malikdir. Bütün otaqlar möhtəşəm dağ mənzərəsinə açılır. Çəhrayı otaqdan isə həm dağları seyr edə, həm də yaxınlıqdan axan çayın sakitləşdirici səsini dinləyə bilərsiniz. Evin daxilində və həyətdə ayrıca mətbəx, hamam və sanitar qovşaq mövcuddur. Həmçinin geniş terrasda səhər çayınızı içərək təbiətin gözəlliyindən zövq ala bilərsiniz. Evdə mövcud olan şərait: • King size yataq • Uşaq yatağı • 2 ədəd tək nəfərlik yataq • Açılan divan • Qatlana bilən çarpayı • Uşaq masası • Wi-Fi • Smart TV • Mikrodalğalı soba • Ətçəkən maşın • Blender • Paltaryuyan maşın • Kombi sistemi • Manqal • Samovar • Geniş terras İstirahətinizin rahat və yaddaqalan keçməsi üçün bütün lazımi şərait yaradılmışdır. Ev İlisu kəndinin əsas görməli yerlərinə yaxın yerləşir. Buradan İlisu Şəlaləsinə, Sumuq Qalasına, Ulu Körpüyə və kəndin möhtəşəm dağ mənzərələrinə rahat şəkildə baş çəkə bilərsiniz. Təbiətin qoynunda sakit və komfortlu istirahət üçün ideal seçim!