Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 770057
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə80 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
KreditKreditsiz
Təcili satılır! Zövqlə təmir olunmuş, həyət evi rahatlığını yaşadan möhtəşəm mənzil. Mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və ayrıca girişə malikdir. Qanuni 3 otaqdan və əlavə yay mətbəxindən ibarətdir. Mənzil yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb. Bütün təmir işləri yüksək keyfiyyətlə və sıfırdan görülüb. Ev əşyalı satılır. Mənzildə 3 televizor, qabyuyan maşın, paltaryuyan maşın və digər lazımi avadanlıqlar mövcuddur. Qaz, su və işıq daimidir. Yerləşmə yeri çox əlverişlidir. Mənzil yol kənarında, 263 nömrəli məktəbin yaxınlığında yerləşir. Ərazi abadlaşdırılmış məhləyə malikdir və yaşayış üçün olduqca rahatdır. Bağ həvəskarları üçün bu mənzil əla seçimdir. Gözəl və baxımlı həyəti, yaşıllıq sahəsi var. Səhərlər ağacların kölgəsində açıq havada səhər yeməyi yemək və istirahət etmək istəyənlər üçün ideal məkandır. Bu evi sözlə təsvir etmək çətindir, gəlib yerində görmək lazımdır. Real alıcı ilə mənzilə baxış zamanı real endirim barədə danışmaq mümkündür. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.