Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 768252
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
MetroKoroğlu
Sahə230 m2
Torpaq sahəsi6 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mərdəkan–Şağan qəsəbəsində yeni tikili bağ evi satılır. Şəxsi yaşayış üçün inşa edilmiş bu ev yüksək keyfiyyətli materiallarla tikilib və zövqlə təmir olunub. Tikinti başa çatdıqdan sonra evdə yaşayış olmayıb. Satış səbəbi yalnız yaşayış planlarının dəyişməsidir. Evin ümumi sahəsi 230 m², torpaq sahəsi isə 6.5 sotdur. Bağ evi 5 otaqdan ibarətdir. Evdə 4 yataq otağı (onlardan biri öz sanitar qovşağı olan master yataq otağıdır), geniş qonaq otağı, ayrıca mətbəx, 2 sanitar qovşaq, saxlama otağı və böyük örtülü terras mövcuddur. Yüksək tavan, geniş və işıqlı otaqlar, böyük vitraj pəncərələr evə xüsusi gözəllik və rahatlıq qatır. Mətbəx mebeli quraşdırılıb. İstilik sistemi kombi və radiatorlarla təchiz olunub. Qaz, su, işıq və internet daimidir. Torpağın və evin kupçası, həmçinin texniki pasport tam qaydasındadır. Damda 1 tonluq su çəni, böyük həcmli şambo, avtomatik darvaza və Hikvision təhlükəsizlik kameraları quraşdırılıb. Həyətdə əlavə təsərrüfat otağı və sanitar qovşaq da mövcuddur. Geniş həyətdə hovuz, besedka və istirahət zonası yaratmaq üçün kifayət qədər yer var. Ərazi sakit və prestijlidir, qonşular daimi yaşayışlıdır və əsas yola rahat çıxışı var. Bu ev satış məqsədilə tikilməyib, ailə üçün inşa olunub və hər detalında keyfiyyətə üstünlük verilib.