Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 766807
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə82 m2
Otaq sayı3 otaq
KreditKreditlə
Salam. Xətai rayonu, əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində, Əhmədli metrosuna 10-12 dəqiqəlik piyada məsafədə, 9 mərtəbəli leninqrad layihəli binanın 2-ci mərtəbəsində 3 otaqlı şəxsi mənzil (82 kv.m) satılır. Bina çox əlverişli yerdədir. Qarşısında yeni salınmış geniş parkı və böyük, pulsuz parkinq yerləri var. Binanın fasadı və blokları təmir olunub. Çox sakit, səliqəli həyəti var. Bina hündürdə yerləşdiyindən zirzəmisi qurudur, güclü yağışlar yağanda belə həyətində su qalmır. Binanın yaxınlığında bütün əlverişli infrastruktur mövcuddur. Mənzil qeydiyyatına uyğun olaraq uşaqlarınızı Humanitar fənlər təmayüllü liseyə heç bir maneəsiz qoya bilərsiniz. Kommunal xidmətləri daimidir. Evdə həm dövlət istilik sistemi, həm də kombi sistemi (2 ildir çəkilib) mövcuddur. Dövlət istilik sistemi evi yaxşı qızdırdığından kombiyə ehtiyac olmur. ☐ Ev səliqəli təmirlidir, seyf qapısı var, otaq qapıları keyfiyyətli ağacdandır, yer parketdir. Geniş və uzun eyvanları var, mətbəx hissədə eyvan açılaraq genişləndirilib. Eyvanlarda hazır yığılmış şkaflar mövcuddur. Şəkildə görünən əşyaların əksəriyyəti ilə birgə satılır. ☐ Mənzil hazır 4 faizli dövlət ipotekasındadır. Razılıq əsasında hər formada satmaq mümkündür.