Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 764357
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroXalqlar Dostluğu
Sahə100 m2
Mərtəbə8 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Hazır ipoteka ilə mənzil satılır! Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, “Tatlı” un məmulatları mağazasının və 146 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən Kiyev layihəli 9 mərtəbəli binanın 4-cü mərtəbəsində qanuni 4 otaqlı mənzil satılır. Mənzilin ümumi sahəsi 100 kvadratmetrdir. Mənzil qaz, su, işıq, istilik və internetlə təmin olunub. Yelçəkəndir və binanın hər iki tərəfinə baxışı var. Bina dövlət tərəfindən əsaslı təmir edilib, liftlər yenilənib, həyət abadlaşdırılıb. Geniş və rahat məhəllədə avtomobil saxlamaq üçün kifayət qədər yer mövcuddur. Ərazi inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda uşaq bağçası, məktəb, market, aptek, gözəllik salonu və digər xidmət obyektləri yerləşir. Neftçilər və Xalqlar Dostluğu metrostansiyalarına müntəzəm marşrut xətləri fəaliyyət göstərir. Gələcəkdə ərazidə metro stansiyasının tikintisi də nəzərdə tutulur. Mənzil hazırda illik 8 faizli dövlət ipotekasındadır. Rəsmi gəliri olan şəxslər aşağıdakı şərtlərlə mənzili əldə edə bilərlər. Təxminən 2 000 manat aylıq rəsmi gəlir uyğun hesab edilə bilər. İlkin ödəniş: 65 000 manat Aylıq ödəniş: 958 manat Qalan müddət: 22 il 3 ay Nağd satış qiyməti: 179 000 manat Ofisin xidmət haqqı mənzilin ümumi satış dəyərinin 1 faizini təşkil edir.