Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 764075
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə170 m2
Torpaq sahəsi12 sot
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Quba şəhərinin mərkəzində,prestijli,sakit məhəllədə 12 sot həyətyanı sahəsi olan yaşayış evi satılır.Evin və torpağın çıxarışı var,bütün sənədləri qaydasındadır.Hər iki tərəfdən asfalt yola çıxışı var. Təzə avtovağzala maşınla 2-3 dəqiqəlik məsafədədir və Quba-Qusar,Quba-Nabran yoluna çıxışı var. Həyətin 8 sotu hamar, 4 sotu isə maili ərazidir ki,burdan Qırmızı Qəsəbəyə və Quba-Qusar yoluna möhtəşəm bir mənzərə açılır.Bu hissədə gələcəkdə söhbətgah tikib mənzərədən,yaşıllıqdan və Qudiyalçayın təmiz havasından zövq ala bilərsiniz. Ev köhnə təmirli olsa da yaşamaq üçün hər bir şərait yaradılıb-kombi sistemi,sanitar qovşaq kafel-metlax,ehtiyat su çəni,wi-fi və s.Tam əşyalı şəkildə satılır.4 otaq,1 böyük zal və 1 mətbəxdən ibarətdir,birinci mərtəbə anbar kimi istifadə oluna bilər.Evin həm arxası,həm də ön tərəfi kafel-metlax olunub,həyətində böyük üzüm təhəngi var. Qeyd:Hazırda bu ərazidə satışda torpaq sahəsi və ev yoxdur.Təcili satıldığına görə qiymətindən qat-qat aşağı qoyulub!