Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 761363
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə200 m2
Torpaq sahəsi14 sot
Otaq sayı6 otaq
KreditKreditsiz
Salam Aleykum. Novxanıda Səssiz Dənizin Sədasıyla Yaşamaq – Sizi Bu Evin İçinə Dəvət Edirəm... Bəzən ev sadəcə divarlardan ibarət olmur… Bəzən bir ev – gözəl günlərin, sakit səhərlərin, dostlarla isti axşamların, övladların gülüşlərinin və dəniz küləyinin içində əriyən xatirələrin evidir. Bu ev onlardandır... 📍 Novxanı, Prezident Apparatı bağları deyilən ərazidə. 🏠 2 mərtəbəli villa – 200 m² rahatlıq, zövq və sabitlik Otaq planı: ▪ 5 geniş və işıqlı yataq otağı ▪ 1 qonaq otağı ▪ 2 mərtəbədə ümumilikdə 2 sanitar qovşaq 🏡 14 sotluq həyət – sadəcə bağ deyil, kiçik bir cənnətdir: Basseyn zonası – yayda sərin, qışda isə döşəmədən isidilən söhbətgahla tamamlanır. Tavana qədər 3.5 metr hündürlüyə malikdir. Bağ sahəsi – meyvə ağaclarının arasında nəfəs alacağınız, doğaya toxunacağınız sakitlik. Əlavə olaraq, basseynin yaxınlığında geyinib-soyunma otağı, hamam və tualet də mövcuddur – hər şey rahatlıq və funksionallıq üçün düşünülüb. 🔐 Təhlükəsizlik və dayanıqlılıq burada ön plandadır: Həyətin bütün ətrafı müşahidə kameraları ilə tam təchiz olunub Mühafizə üçün ayrıca nəzarət otağı var Həyət gecələr belə açıq və aydın – tam işıqlandırma sistemi ilə ✨ Sakitlik, güvən, funksionallıq və gözəllik bir evdə toplanıbsa – onu yalnız mülk kimi yox, yaşamaq üçün seçmək lazımdır. Bu ev, sadəcə satılır deyə alınmamalıdır. Bu ev – sizi gözləyir. Ofis Xidmət haqqı 1%!