Qax / Həyət evi - Villa
14.07.2026
Elan nömrəsi: 760430
tap.az Vasitəçi
87 AZN 1 AZN/m2 Kirayə
Qax. Qax Qax
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 760430
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 100 m2
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Qax rayonunun Qaxbaş kəndində yerləşən, dağ mənzərəli rahat və geniş evimiz günlük kirayə verilir. Ev tam müstəqildir və yalnız sizin istifadəniz üçün nəzərdə tutulub. Ətrafda sıx yaşayış yoxdur, qonşular sizi narahat etməyəcək. Tam sakitlik və məxfilik şəraitində istirahət edə bilərsiniz. Ev 10 nəfərə qədər rahat yerləşmə imkanı təqdim edir. Burada 3 tam ayrı yataq otağı, tam təchiz olunmuş mətbəx, hamam, daimi isti və soyuq su, Wi-Fi və rahat istirahət üçün lazım olan bütün şərait mövcuddur. Qonaqların istifadəsi üçün samovar, manqal və kabab şişləri də təmin edilir. Evin ən böyük üstünlüklərindən biri geniş, yaşıllıqlarla əhatə olunmuş həyətidir. Həyətdə yelləncək, uşaqların rahat oynaya biləcəyi böyük açıq sahə və 2 avtomobil üçün həyət daxilində parkinq mövcuddur. Balkondan, həyətdən və evin qarşısından açılan möhtəşəm dağ mənzərəsi, təmiz və sərin dağ havası, quş səsləri və sakit mühit istirahətinizi daha da xüsusi edəcək. Yay aylarında burada hava həmişə sərin və rahat olur. Ev marketə yaxın məsafədə yerləşir. Qax şəhər mərkəzinə və İlisuya avtomobillə cəmi 15 dəqiqəyə çatmaq mümkündür. Bu ev ailəvi istirahət, dostlarla səyahət və şəhərin səs-küyündən uzaq, təbiətin qoynunda dincəlmək istəyən hər kəs üçün ideal seçimdir.
Zəng et
Bənzər elanlar