Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 757958
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə250 m2
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Qusar şəhərinin ən prestijli və sürətlə dəyər qazanan ərazisində möhtəşəm bağ evi satışda! Qusar şəhərində, Şahdağ Turizm Kompleksinə gedən magistral yola yaxın, sakit, elit və günü-gündən qiyməti artan ərazidə yerləşən bu möhtəşəm bağ evi satışa təqdim olunur. 20 sot geniş həyətyanı sahədə inşa edilmiş bu əmlak həm yaşayış, həm istirahət, həm də yüksək gəlirli investisiya üçün ideal seçimdir. Həyətyanı sahə xüsusi landşaft dizaynı ilə hazırlanıb. Ərazi müxtəlif dekorativ ağaclar, güllər və çiçəklərlə bəzədilib, hər detal zövqlə işlənib. Burada ailəniz və qonaqlarınız üçün geniş və rahat yay besetkası, isti döşəməli hovuz, istirahət guşələri və təbiətin sakitliyini hiss etdirən möhtəşəm atmosfer yaradılıb. Əlavə olaraq həyətdə: * Mühafizəçi üçün ayrıca yaşayış evi, * Qonaqlar və istirahət üçün ayrıca 2 mərtəbəli, kupçalı ev, * Sauna, * Geniş bilyard otağı, * 2 avtomobil üçün nəzərdə tutulmuş qapalı qaraj mövcuddur. Evin daxili planı Bağ evinə daxil olduqda sizi geniş, işıqlı və panoramik pəncərələri olan möhtəşəm zal qarşılayır. Zalın hər bir detalı yüksək zövqlə layihələndirilib və ailə rahatlığı üçün düşünülüb. Birinci mərtəbədə: * Geniş qonaq zalı, * Rahat və funksional mətbəx, * Ayrı yerləşən hamam və sanitar qovşağı mövcuddur. İkinci mərtəbəyə mərmərlə işlənmiş monolit pilləkən vasitəsilə qalxılır. Burada sizi geniş holl qarşılayır. Hol hissəsindən birbaşa geniş balkon və terasa çıxış var. İkinci mərtəbədə ümumilikdə 4 geniş yataq otağı yerləşir. ✔️ Valideyn yataq otağı — ayrıca qarderob, şəxsi hamam-sanitar qovşağı və bağ mənzərəsinə açılan pəncərələri ilə seçilir. ✔️ Uşaq otağı — özünə məxsus sanitar qovşağı ilə tam komfort təmin edir. ✔️ Üçüncü yataq otağı — geniş, işıqlı və mənzərəli olmaqla yanaşı, ayrıca hamam-sanitar qovşağına malikdir. ✔️ Dördüncü yataq otağı — həyətyanı sahəyə baxan geniş pəncərələri və şəxsi sanitar qovşağı ilə ailənizin rahatlığı üçün ideal şərait yaradır. Ev bütün mebel və avadanlıqları ilə birlikdə təqdim olunur. Bağ evinin ən xüsusi üstünlüklərindən biri Arxa hissədə yerləşən geniş açıq terrasdan birbaşa meşəyə çıxış mövcuddur. Təmiz hava, quş səsləri və sakit təbiət bu əmlakı həqiqətən fərqləndirir. Sonda isə sizi bu bağ evinin sahibinin şəxsi vəsaiti hesabına çəkdirdiyi təbii bulaq ilə də tanış edəcəyik. Bu, əmlaka əlavə dəyər və xüsusi üstünlük qazandıran nadir imkanlardan biridir. Sənədlər Əmlakın bütün sənədləri tam qaydasındadır. Reyestrdən birbaşa çıxarış (kupça) mövcuddur və alqı-satqıya tam hazırdır. Qiymət real alıcı ilə qarşılıqlı razılaşma əsasında təklif olunur. ???? Ətraflı məlumat və bağ evinə canlı baxış üçün Qusar şəhəri, Bazar dairəsində yerləşən Qusar Əmlak ofisi ilə əlaqə saxlayın.