Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 751608
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə240 m2
Torpaq sahəsi5 sot
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
🏡 HÖVSANDA 5 SOTDA ÇIXARIŞLI (KUPÇALI), İPOTEKAYA YARARLI, 2 MƏRTƏBƏLİ KEYFİYYƏTLİ FƏRDİ YAŞAYIŞ EVİ SATILIR Hövsanın inkişaf edən və yaşayış üçün əlverişli ərazilərindən biri olan Prokurorluq bağları massivində yerləşən, yüksək keyfiyyətlə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi satışa çıxarılır. 📍 Yerləşmə üstünlükləri:• Asfalt yoldan cəmi 2-ci ev.• "Nanəli" və "Balıq Evi" restoranlarının yaxınlığında.• Hövsan Maşın Bazarına yaxın.• Hövsan Bulvarına (dənizkənarı istirahət zonasına) avtomobillə cəmi 3–4 dəqiqəlik məsafədə. 🏠 Ev haqqında:• Torpaq sahəsi – 5 sot• Ümumi yaşayış sahəsi – 240 m²• 2 mərtəbə (hər mərtəbə 120 m²)• 6 otaq, 3 sanitar qovşağı• Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub.• Evin rəsmi təsdiq edilmiş layihəsi mövcuddur.• Torpağın və evin çıxarışı (kupçası) var.• Həyətdəki bütün tikililər rəsmi layihədə öz əksini tapıb.• İpoteka üçün yararlıdır. 📐 Planlaşdırma: 1-ci mərtəbə: 1 geniş qonaq otağı 1 yataq otağı 1 mətbəx 1 ümumi sanitar qovşağı 2-ci mərtəbə: 4 yataq otağı 1 ümumi sanitar qovşağı 1 yataq otağının daxilində ayrıca sanitar qovşağı ⚙️ Kommunikasiya və avadanlıqlar:• Kombi istilik sistemi.• Pitiminutka ilə daimi isti su.• Hər iki mərtəbədə kondisioner sistemi.• Hər mərtəbənin ayrıca elektrik sistemi.• Elektrik gərginliyini tənzimləyən stabilizator.• Elektrik kəsintisi zamanı evi tam enerji ilə təmin edən generator.• 12 tonluq yeraltı su çəni.• Kamera müşahidə sistemi. 🌳 Həyət:• Yay mətbəxi.• Həyətdə ayrıca sanitar qovşağı.• 2 geniş söhbətgah.• Manqal və samovar üçün xüsusi hazırlanmış istirahət guşəsi.• Geniş və səliqəli bağ sahəsi.• Həyətdə bar verən tut, xartut, əncir, qara əncir, nar, heyva və moruq ağacları var. Bağ həm istirahət, həm də təbii və ekoloji təmiz meyvələrdən faydalanmaq üçün ideal şərait yaradır. ✅ Ev yüksək keyfiyyətlə tikilib, daimi yaşayış üçün bütün şəraitə malikdir. Geniş həyəti, meyvə bağı, tam sənədləşməsi, çıxarışı, ipotekaya yararlı olması və əlverişli yerləşməsi ilə həm yaşayış, həm də gələcək investisiya üçün çox dəyərli seçimdir. 📞 Real alıcı ilə qiymətdə razılaşmaq