Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 750634
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə70 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
Son zamanlarda Bakıda müşahidə olunan güclü yağışlar zamanı belə, bina və həyət su yığılmayan, təhlükəsiz və yüksək mövqedə yerləşir. Məhlədə və binanın zirzəmisində heç bir halda su toplanması problemi yaşanmır. Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 70 kv.m olan, 3 otaqlı, təmirli (gir-yaşa hazır), ÇIXARIŞ sənədli və İPOTEKAYA yararlı, KIYEV proyekt mənzil satışa təqdim olunur. Mənzil rahat və ailə yaşayışı üçün ideal infrastruktura malik ərazidə yerləşir. Yaxınlığında ictimai nəqliyyat dayanacağı, 29 nömrəli orta məktəb, 245 saylı uşaq bağçası, marketlər, apteklər və müxtəlif iaşə obyektləri mövcuddur. Mənzil DiAQNOZ Tibb Mərkəzinin yaxınlığında yerləşməsi ilə də seçilir. Binanın həyətinə şlaqbaum vasitəsilə, pultla nəzarətli giriş təmin olunub. Sakit və təhlükəsiz məhəllədə yerləşən bina ailəli şəxslər üçün olduqca əlverişlidir. Mənzildə mərkəzi istilik sistemi mövcuddur. Əlavə olaraq 2 tonluq su ehtiyat çəni quraşdırılıb. Blokda 1 ədəd əl yeri (kladovka) istifadəyə verilib ki, bu da əlavə rahatlıq yaradır. Mənzil işıqlı otaqları, funksional planlaması və səliqəli təmiri ilə seçilir. Heç bir əlavə xərc tələb etmədən köçüb yaşamaq mümkündür. Ərazi olaraq metroya təxminən 15 dəqiqəlik məsafədə yerləşir.