Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 747498
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə105 m2
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Buzovna qəsəbəsinin ən prestijli, sakit və hüzurlu məhəllələrindən birində, həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün ideal olan lüks həyət evi satışa çıxarılıb! Mənzil İqamətgahla üzbəüz, əsas yoldan cəmi 200 metr içəridə yerləşir. Evə qədər olan yol tam asfalt örtüklüdür. Evin daxili və üstünlükləri: 1 geniş zal, 2 rahat yataq otağı, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarətdir. Ev yeni təmirlidir və rahatlığınız üçün isti döşəmə (isti pol) sistemi ilə təchiz olunub. Əşya statusu: Ev tam əşyalı satılır. Mebellər xüsusi zövqlə seçilmiş, olduqca bahalı və çox keyfiyyətlidir. Həyəti və infrastrukturu: 2 sot sahəsi olan həyətin girişində pultla idarə olunan avtomatik çöl qapısı quraşdırılıb. Qaz, su, işıq təminatı daimidir. Sənədləşmə: Sənədlər tam qaydasındadır, Paket Kupçadır (həm torpağın, həm evin çıxarışı var) və ipoteka ilə ev almaq istəyənlər üçün tam yararlıdır. Əsas yola, dayanacağa və iaşə obyektlərinə çox yaxın məsafədədir. Ətraflı məlumat və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. 🏢 Ofis haqqı: Satış zamanı ümumi dəyərin 1%-ni təşkil edir.