Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 746649
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə105 m2
Torpaq sahəsi2.5 sot
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xahiş edirəm diqqətlə oxuyun sonra zəng edin. Makler deyiləm. Evlər təcili satılmır. 2 ev 2 həyət, hər bir həyətin ayrı qapıları var. Evlər gördüyünüz kimi normal vəziyyətdədir. Yalnız kosmetik işləri var. Komunallar: Birinci böyük evin işıq, su, qaz, internet, şəhər telefonu var. İkinci balaca evin komunalları yoxdu, əsas evdən çəkilib çünki kirayə verilirdi. Birinci böyük evin təxmini 2 sot həyəti və bir neçə meyvə ağacları və su şəni var. Evdəki əşyalar qalacaq. İkinci balaca evin həyəti təxmini 1 sota yaxındı. Orda da ağaclar və su çəni var. Ərazi mədənlər olduğuna görə kupça verilmir amma evin qeydiyyatı olduğu üçün alan adam qeydiyyata düşə bilər. Əsas yola 300 metr. 204 nömrəli avtovus xəttinin yolu. Sabunçu bazarına 5 dəqiqəlik yoldur. Koroğlu metrosuna 15 dəqiqəlik məsafədədir. Qiymət ümumi yazılıb, tək tək: Böyük ev- 54000 Balaca ev-37000 Real alıcıynan qiyməti razılaşmaq olar Zəng çatmasa vatsapa yazın. Ünvan Sabunçu r. Ramana qəs. 14cü mədən küçəsi.( 78 saylı tam orta məktəbə yaxın)