Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 743688
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə110 m2
Torpaq sahəsi4 sot
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Sabunçu rayonu, Savalan qəsəbəsində 4 sot torpaq sahəsində yerləşən 110 kv.m sahəli fərdi yaşayış evi satılır. Ev şəxsi istifadə üçün keyfiyyətlə tikilib. Fundament 60x40 sm ölçüdədir, 5 daş kürsülüdür və əlavə 2 kəmərlə möhkəmləndirilib. Ev tam təmirlidir, yaşayış üçün tam hazırdır. Qaz, su, işıq daimidir və sayğacları mövcuddur. Evin sağ və sol tərəfindən 1 metr, arxa hissəsindən 2 metr məsafə saxlanılıb. Hündür ərazidə yerləşdiyi üçün güclü yağışlarda belə padvala su dolmur. Sənədləri qaydasındadır, arxiv sənədləri mövcuddur və çıxarış almaq mümkündür. Məktəbə və marşrut xəttinə yaxındır. Koroglu metrosuna təxminən 15-20 dəqiqəlik məsafədə yerləşir. Yaxınlıqda marketlər və digər iaşə obyektləri var. Qiymət: 98000 AZN (real alıcı ilə razılaşmaq olar).