Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 743092
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə113 m2
Mərtəbə15 mərtəbə
Binanın mərtəbə sayı19 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Satılır – Bakıxanov qəsəbəsi, Akkord Uğur-2 Yaşayış Kompleksi Qiymət: 205.000 (real müşderiye endirim olacaq) Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsində yerləşən nüfuzlu Akkord Uğur-2 yaşayış kompleksində yerləşən 113 m² sahəsi olan təmiz 3 otaqlı mənzil satılır. Mənzil düzəlmə deyil, layihə üzrə 3 otaqlıdır və 19 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Mənzil əşyalı satılır. Təxminən 13 il əvvəl dövrünün premium materialları ilə yüksək keyfiyyətli təmir olunub. Bütün divarlara əlavə səs və istilik izolyasiyası tətbiq edilib. Döşəmənin altında xüsusi laqalar və onların üzərində Rusiya istehsalı möhkəm diktlər quraşdırılıb. İstəyə uyğun olaraq üzərinə rahatlıqla parket döşəmək mümkündür. Üstünlükləri: * Çıxarış (kupça) var. * Qaz, su və işıq daimidir. * Binada 3 sürətli lift fəaliyyət göstərir. Divarlar möhkəm beton panel* konstruksiyadandır. * 2 qat (ikiqat) pəncərələr quraşdırılıb, istilik və səs izolyasiyası yüksək səviyyədədir. * Geniş və işıqlı otaqlar, rahat planlaşdırma. Yerləşmə baxımından çox əlverişlidir: * Təxminən 10 dəqiqəlik məsafədə 3 metro stansiyası. * 5 dəqiqəlik məsafədə sürət qatarı stansiyası. * Yaxınlıqda məktəblər, uşaq bağçaları, parklar və digər bütün zəruri infrastruktur. * Binanın düz yanında 24/7 fəaliyyət göstərən 3 böyük hipermarket yerləşir. Həm yaşayış, həm də investisiya üçün ideal seçimdir. Sənədləri tam qaydasındadır və alqı-satqıya hazırdır. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Xidmet haqqı 1% təşkil edir.