Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 740414
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə200 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı14 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yeganə Şadlıq Sarayının yanında yerləşən keyfiyyətli yaşayış kompleksində geniş və tam əşyalı 4 otaqlı mənzil satışa təqdim olunur. Ümumi sahəsi 197 m² olan mənzil 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Rahat ailə yaşayışı üçün ideal planlaşdırılıb və 3 sanitar qovşağı, 3 geniş eyvanı ilə seçilir. Mənzil bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Binada su təchizatı 24 saat fasiləsizdir. Sakinlərin rahatlığı üçün 2 sürətli lift fəaliyyət göstərir. Məişət tullantıları hər gün iki dəfə birbaşa mənzilin qapısından götürülür, mərtəbənin ümumi istifadədə olan hissəsi isə hər gün texniki heyət tərəfindən təmizlənir. Yerləşməsi əsas üstünlüklərindən biridir. Binanın qarşısında ictimai nəqliyyat dayanacağı yerləşir, metroya isə 7-8 dəqiqəlik məsafə var. Mənzildən şəhərə açılan geniş və gözəl panorama görünür. Binanın altında yerləşən kupçalı qaraj ayrıca ödəniş müqabilində əldə edilə bilər. Əşyalı satılan, geniş sahəsi, prestijli yerləşməsi və yüksək yaşayış komfortu ilə seçilən bu mənzil həm ailə yaşayışı, həm də uzunmüddətli dəyərini qoruyan investisiya üçün uğurlu seçimdir. Satış qiyməti: 380 000 AZN.