Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 738762
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə220 m2
Torpaq sahəsi6 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mərdəkan qəsəbəsində, Duz-Çörək restoranına yaxın elit küçədə 6 Sotda 1 mərtəbə 220 kv.m 4 otaqlı super bağ evini təklif edir. Bağ evi zal, 3 yataq otağı, mətbəx, qarderob, holl və 3 sanuzeldən ibarətdir. Otaqlarda asılmış pərdə və lyüsturları, duş kabinalı sanuzelləri, mebelli mətbəxi, quraşdırılmış işıqlandırma sistemi var. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir, isti döşəməsi var. Həyətində geniş filterli daşma hovuzu, cambalkon besedka, yay-qış mətbəxi, manqalxana, qaraj, pultla idarə olunan darvaza, yaşıllıq ərazisi, dekorativ ağacları və gülləri, sanitar qovşaq, su anbarı, sensorlu gecə işıqları var. 4 mövsüm yaşamaq üçün əlverişlidir. Yolu asfaltdır. Kupçası (Çıxarışı) var. Start qiyməti 450 000 AZN. Qeyd :