Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 738737
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə221 m2
Mərtəbə15 mərtəbə
Binanın mərtəbə sayı19 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Elmlər Akademiyası metrosunun düz çıxışında, premium səviyyəli "Park Academy" kompleksində, sənədləri tam qaydasında olan (Kupçalı) yan-yana iki mənzil satılır. Binada hər mərtəbədə cəmi 2 mənzil mövcuddur. 19 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən bu mənzillərdən biri 88.6 m² (qanuni 2 otaq, 2 sanuzel), digəri isə 132.45 m²-dir (qanuni 3 otaq, 2 sanuzel). Mənzillər yan-yana olduğu üçün ikisini birləşdirib ümumi 221.05 m²-lik geniş mənzil etmək üçün ideal fürsətdir və bu halda bütün mərtəbənin tək sahibi siz olursunuz; istəyə görə mənzillər ayrı-ayrı da satılır. Hər iki mənzildən dənizə, Alov qüllələrinə, Teleqülləyə və Hüseyn Cavid parkına möhtəşəm panorama açılır. Pəncərələr Almaniyanın yüksək keyfiyyətli "Schuco" markasındandır. Kompleks mərkəzi istilik, su və çiller (mərkəzi soyutma) sistemləri, 3 mərtəbəli geniş yeraltı parkinq (boş yer problemi yoxdur), 24 saatlıq mühafizə və sürətli liftlərlə tam təmin olunub.