Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 736897
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə67 m2
Mərtəbə3 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
KreditKreditsiz
Satışa tam hazır və rahat yaşayış üçün ideal 3 otaqlı, Leninqrad layihəli, orta blok, skvaznoy (iki tərəfli) mənzil. Mənzil keyfiyyətli təmirlidir, əlavə xərc çəkmədən birbaşa köçüb yaşamaq mümkündür. Döşəməsi parketdir. Mənzilin həm həyətə, həm də əsas yola baxan balkonları var. Bina yol kənarında yerləşdiyindən nəqliyyat baxımından çox əlverişli mövqedədir. Əlavə üstünlüklər: * 2 ədəd su çəni (damda 2 tonluq, hamamda 500 litrlik) * Su, qaz və işıq daimidir * Yeni və işlək lift * Səliqəli blok və geniş həyət İnfrastruktur: * Binanın qarşısında 24 nömrəli rus bölməsi və 263 nömrəli Azərbaycan bölməsi məktəbləri yerləşir. * Həyətdə dövlət uşaq bağçası fəaliyyət göstərir. * Həzi Aslanov metrosuna təxminən 1,4 km məsafədədir. * Binanın qarşısından 20, 36 və 104 nömrəli marşrut avtobusları keçir. * Həyətin daxilində AL Market, OBA Market, meyvə-tərəvəz mağazası, şirniyyat mağazası, aptek, ət dükanı, 1001 xırdavat mağazası, avtoyuma (moyka), restoran və kafe mövcuddur. Mənzil həm yaşayış, həm də gələcəkdə kirayə vermək üçün çox əlverişli seçimdir. Sənədləri qaydasındadır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.