Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 734751
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroHəzi Aslanov
Sahə145 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı4 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Təcili Satılır! Həzi Aslanov metrosunun düz yanında yeni təmirli premium mənzil . Xətai rayonu, Həzi Aslanov metrosunun düz yanında, metroya cəmi 3 dəqiqəlik piyada məsafədə yerləşən yüksək keyfiyyətlə təmir olunmuş mənzil satışa çıxarılıb. . Təmir işləri zövqlə aparılıb və mənzildə cəmi 1 il yarım yaşayış olub, bu səbəbdən mənzil demək olar ki, yeni vəziyyətdədir. . Mənzil yelçəkəndir, geniş, işıqlı və havadardır. Bahalı mətbəx mebeli, paltaryuyan maşın, qabyuyan maşın, kombi sistemi və kondisioner quraşdırılıb. Bütün avadanlıqlar yeni vəziyyətdədir və mənzillə birlikdə təqdim olunur. Bina VIP tipli, tək blokdan ibarətdir. Lift, qaz, su və işıq daimidir. Binanın ətrafı və lift 24/7 təhlükəsizlik kameraları ilə nəzarətdə saxlanılır. Binanın yaxınlığında 249 nömrəli tam orta məktəb yerləşir. . Bina yeni istifadəyə verildiyi üçün hazırda mənzillərə çıxarış təqdim olunmayıb. Çıxarış üçün bütün sənədlər müvafiq dövlət qurumuna təqdim edilib və ən gec 3 ay ərzində çıxarışların verilməsi gözlənilir. . Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.