Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 734693
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə178 m2
Torpaq sahəsi4 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
EKSKLÜZİV TƏKLİF – DƏYƏRİNDƏN UCUZ SATILIR! Vişnovka (Albalılıq) qəsəbəsinin ən prestijli və sakit ərazilərindən birində yerləşən, yüksək keyfiyyətlə inşa edilmiş fərdi yaşayış evi satışa çıxarılıb. Makler evi deyil – şəxsi mülkdür. Satış üçün deyil, şəxsi yaşayış məqsədilə tikilmişdir. Ərazi su basma riski olmayan zonadadır və tanınmış şəxslərin bağ evləri ilə qonşuluqda yerləşir. Evin qapısına qədər tam asfalt örtüklü və işıqlandırılmış yol mövcuddur. Şəxsi tikilidir, 5 otaq + mətbəx. Ev ümumi 178 kvm-dir. Həyətyanı sahəsi 4 sotdan ibarətdir. Həm torpağın, həm də evin çıxarışı var Əmlak haqqında: • Torpaq sahəsi – 4 sot • Evin ümumi sahəsi – 178 m² • 5 otaq • 1 mətbəx • 2 sanitar qovşaq • Əsas yataq otağına aid ayrıca hamam otağı Evin ən diqqətçəkən hissələrindən biri 40 m² sahəyə malik geniş və işıqlı qonaq otağıdır. Böyük vitraj pəncərələr sayəsində ev gün işığı ilə zəngindir və çox rahat atmosfer yaradır. Tikinti keyfiyyəti: • Ev qoşa daşla tikilmişdir • Möhkəm monolit beton fundament üzərində inşa olunmuşdur • Əlavə beton kəmərlərlə gücləndirilmişdir • Xarici divarlar termoizolyasiya olunmuşdur • Dam örtüyünün alt hissəsi tam şəkildə daş yunla izolyasiya edilmişdir • Qışda isti, yayda sərin saxlayır • Bütün ev isti döşəmə (istipol) sistemi ilə təchiz olunmuşdur Kommunal xidmətlər: • Qaz, su və elektrik sayğacları quraşdırılıb • Dövlət şirin su xətti mövcuddur • Əlavə olaraq şəxsi quyu suyu da var Həyət: • Jalüz giriş qapısı • 4 avtomobil üçün rahat parklanma sahəsi • Həyətdə 7x4 metr ölçüdə hovuz (baseyn) tikmək üçün kifayət qədər yer mövcuddur Sənədlər: • Torpağın çıxarışı (kupça) • Evin çıxarışı (kupça) • Tam paket sənəd • Xüsusi mülkiyyət