Bakı / Xəzər / Mərdəkan / Həyət evi - Villa
10.07.2026
Elan nömrəsi: 734187
bina.az Vasitəçi
1.800.000 AZN 3.396 AZN/m2 Satılır
Bakı. Səbail Bayıl Mərdəkan qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(077) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
10.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 734187
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 530 m2
Torpaq sahəsi 38 sot
Otaq sayı 8 otaq
Kredit Kreditsiz
İnvestrlar üçün ideal Fürsət. Alıb evlər tikib sata bilərlər. İsdəyən olsa ev daxil 28 sota satılada bilər. GENİŞ ƏRAZİİLİ BAĞ almaq istəyənlər üçün eksklyuziv olaraq Mərdəkanda bazar qiymətindən aşağı mülk satılır. ("Merilin" və "Ibo Market" yaxınlığında) Mərdəkanda 38 sot ərazidə bütün lazımi infrastruktura malik 2 mərtəbəli mansardlı, ümumi sahəsi 530 kv.m. olan bütün il boyu yaşamaq üçün nəzrdə tutulmuş.Ev klassik üslubdadır, yəni “modern”deyildir. Zövqə uyğun restavrasiya edilə bilər. Birinci mərtəbə: kaminli böyük zal, mətbəx, camaşırxana, hamam və sanitar qovşağı 46 kv.m,cam balkonlu Terras: Sauna, soyunub-geyinmə otağı, duş otağı, sanitar qovşağı. İkinci mərtəbə: 1 iş kabineti və 5 yataq otağı var. Bir otaqda kamin, hamam, sanitar qovşağı və balkon var. Mansard: zal - təxminən 80 kv.m., 2 otaq. Bir otaqda kamin, 2 balkon var. Evdə 6 kondisioner, 3 kamin vardır. Dam örtüyü metal (Finlandiya). Həyətdə: yeni təmir olunmuş hovuz - filtrli, mozaika. Su təchizatı: mərkəzləşdirilmiş. Əlavə olaraq ev üçün 17 ton ehtiyat su çəni, suvarma üçün 2 ton və kommunal otaqlar üçün 300 litrlik çənlər. Artezian (52 metr) su nasosu. İstixana 100 kv.m. 3 yardımçı otaq,1duş və sanitar qovşağı və digər yardımçı otaqlar. Qaraj və anbar. Manqalxana. 3 arı pətəyi. Bütün ərazi yaşıllıqdır. Ev qarşısında qazon, ətrafında çoxlu bəzək- dekorativ bitkilər palma, rozmarin, qızılgül, zanbaq, oleandr və digər güllər. Bağ hissəsində: damcılı suvarma sistemi olan 120-dən çox meyvə ağacları- alça, gilas və albalı müxtəlif sortları, Ordubad ərikləri, əncir (ağ və qara), alma, armud, heyva, gavalı, göyçə, xartut, tut, badam, muşmula, zeytun, innab, xurma, əzgil, dəfnə, müxtəlif sort narlar, Abşeron şanısı və digər üzüm sortları, qara smorodina kolları və s.). Dörd tərəf hündür hasar və içəridə hasar boyu nar və küknar ağacları, küçə tərəfdə hündür şam və oleandr ağacları var. Magistral yoldan həyətə qədər, gecələr işıqlandırılan geniş, asfalt yol var. Ziyalı və hörmətli qonşular. Telefon ATS 55. Optik İnternet. Ev və ərazi statik IP (on-line) olan müşahidə kameraları ilə təchiz olunub. Qaz, su, işıq daimidir. Ərazinin işıqlandırılması günəş enerjisi (işıq və hərəkət sensoru) ilə təchiz olunub.Göstərilən qiymət şişirdilmiş deyil - bu ətrafdakı digər yaşıllıqsız, işıq, qaz, su, internet təminatı olmayan boş torpaq sahələrinə nisbətən aşağıdır. Həm də ətraflarda belə böyük ərazili hazır, yaşıllıqlı və mevə ağaclı bağ yoxdur. Bağı bu səviyyəyə çatdırmaq üçün illər lazımdır.Ciddi müştərilərlə razılaşmaq olar BU HƏYƏT- EV kimlər üçün maraqlı ola bilər? 1.Geniş, sözün əsil mənasında, yaşıllıqlı bağ arzulayan, daim ekoloji təmiz hava şəraitində yaşamaq istəyən, təbiəti və təbiiliyi sevənlər üçün! Xüsusilə kimyəvi gübrəsiz meyvələr, tərəvəzlər, müxtəlif sort xiyarlar, pomidorlar, badımcanlar, bibərlər, reyhanlar, çiyələk və s.
Zəng et
Bənzər elanlar