Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 726990
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə250 m2
Torpaq sahəsi6.5 sot
Otaq sayı5 otaq
KreditKreditsiz
Dənizə yaxın ərazidə yerləşən, bütün rahatlıqlarla təmin olunmuş villa günlük kirayəyə təklif olunur. Villanın həyətində geniş hovuz, manqal, samovar, lejanka (2 hovuz kənarı) və gecə saatlarında tonqal ətrafında istirahət üçün xüsusi ocaq yeri mövcuddur. Avtomobil saxlamaq üçün həyətdə park yeri var. Evin qarşısında geniş terasa yerləşir. Villada 4 yataq otağı var və hər bir otağın özünə məxsus sanitar qovşağı, kondisioneri mövcuddur. Hər otaq 2 nəfər üçün nəzərdə tutulub. Mətbəx tam təchiz olunub, evin daxilində isə istirahət üçün geniş zal var. Bağ evində eyni vaxta 2-3 (8-10 nəfər) ailə rahat istirahət edə bilər. Bağ evi ad günləri, nişan, xına, qonaqlıq və bu cür məclislər üçün də ideal məkandır. Əgər Siz də özəl günlərinizi açıq havada qeyd etmək istəsəniz, bunu reallaşdıra bilərsiniz. Təşkilatçılar bu işdə Sizə köməklik göstərəcəklər. Villa Sea Breeze, Bilgəh və Amburan Mall kimi ərazilərə yaxın yerləşir. Evin eyvanından dəniz mənzərəsi açılır və dalğaların səsi eşidilir. QEYD: ( günlük 400 manat) Daha çox şəkil və video üçün əlaqə saxlayın. Sifarişdən bir gün qabağ ev tam təmizlənib təhvil veriləcək( ev, həyət və hovuz).