Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 725028
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
MetroKoroğlu
Sahə200 m2
Torpaq sahəsi15 sot
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xəzər rayonu Şağan qəsəbəsində möhtəşəm bağ evi satılır. Xəzər rayonu, Şağan qəsəbəsində, əsas yoldan cəmi 150–200 metr məsafədə yerləşən bu möhtəşəm 2 mərtəbəli bağ evi satışa çıxarılıb. Magistral yola yaxın olmasına baxmayaraq, ərazi olduqca sakit və komfortlu mühitə malikdir. Ev Şağanın ən hündür və prestijli yerlərindən birində yerləşir. Ümumi torpaq sahəsi 15 sot, evin sahəsi isə 200 kv.m-dir. Ev 4 otaqdan ibarətdir və hər iki mərtəbədə sanitar qovşağı mövcuddur. Kombi istilik sistemi, isti döşəmə, ayrıca qazanxana, su motorları və 6 kondisioner evdə yüksək komfort təmin edir. Həyətdə 16×9 metr ölçüsündə böyük hovuz, 12×8 metr süni ot örtüklü futbol və basketbol meydançası, manqal, təndir və ailəvi istirahət guşəsi yerləşir. Baxımlı bağda damcı suvarma sistemi quraşdırılıb. İçməli su üçün ayrıca 10 tonluq su çəni də mövcuddur. Əlavə olaraq, həyətdə mətbəx, yataq otağı və sanitar qovşağı ilə tam təchiz olunmuş ayrı gözətçi evi yerləşir. Həyətin 3 küçəyə çıxışı və 2 ayrıca giriş qapısı var ki, bu da əmlaka xüsusi üstünlük qazandırır. Ev bütün əşyaları ilə birlikdə satılır. Sənədləri tam qaydasındadır, paket kupça mövcuddur. Bu komfortlu və prestijli bağ evi həm daimi yaşayış, həm də istirahət üçün əla seçimdir.