Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 724641
Haqqında məlumat
Obyektin növüObyekt
Sahə150 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
Xətai metrosunun yaxınlığında, prestijli plazada 3 otaqlı, 150 kv/m ofis icarəyə verilir. 3 ədəd iş otağı, mətbəx və sanitar qovşaq kimi planlaşdırılıb. Xətai metrosuna piyada məsafəsində yerləşən 13 mərtəbəli plazanın 8-ci mərtəbəsində, ümumi sahəsi 150 kv/m olan tam təmirli ofis icarəyə təklif olunur. Ofisin yerləşdiyi mövqe Heydər Əliyev, Babək və 8 Noyabr prospektlərinə rahat və sürətli çıxış imkanı yaradır. Plazada Face-ID giriş sistemi, 7/24 mühafizə xidməti, yeraltı parkinq, 2 ədəd Sigma markalı sürətli lift və mərtəbə üzrə 2 ümumi sanitar qovşağı fəaliyyət göstərir. Bundan əlavə, rəhbər otağı ayrıca sanitar qovşağı ilə təchiz edilib. İcarə haqqına ofis mebeli, eləcə də qaz, su və işıq xərcləri daxildir. Planlaşdırılması və yerləşməsi sayəsində şirkət ofisi, tədris mərkəzi, İT, konsaltinq, maliyyə, layihə və digər biznes fəaliyyətləri üçün əlverişli seçimdir. Fərqli sahələrdə (daha kiçik kvadratlı) digər ofislərimiz də aktualdır. Əmlaka baxış keçirmək, ətraflı məlumat almaq və alternativ təkliflərlə tanış olmaq üçün əlaqə saxlaya bilərsiniz.