Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
07.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 718679
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroƏhmədli
Sahə90 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
ƏHMƏDLİ METROSUNA YAXIN – PARK MƏNZƏRƏLİ, İPOTEKALI LENİNQRAD LAYİHƏLİ MƏNZİL! . Xətai rayonu,Məzahir Rüstəmov küçəsində, Əhmədli metrosuna 10 dəqiqəlik piyada məsafədə yerləşən Leninqrad layihəli 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən qanuni 3 otaqlı 90 kv.m mənzil satışa çıxarılıb. Mənzil səliqəli təmirlidir və şəkillərdə görünən əşyaların böyük əksəriyyəti ilə birlikdə satılır. Mətbəx eyvan hesabına genişləndirilib. Geniş eyvanlarda hazır yığılmış şkaflar yerləşir. Mənzildə həm mərkəzi istilik sistemi, həm də 2 il əvvəl quraşdırılmış kombi sistemi mövcuddur. . Bina çox əlverişli və sakit ərazidə yerləşir. Qarşısında yeni salınmış geniş park və böyük pulsuz avtomobil dayanacağı var. Binanın fasadı və blokları əsaslı təmir olunub. Hündür ərazidə yerləşdiyi üçün zirzəmisi tam qurudur və yağışlı havalarda belə həyətə su yığılmır. . Sənədləri tam qaydasındadır. . Mənzil hazırda 4%-li dövlət ipotekasındadır. Razılıq əsasında həm ipoteka ilə, həm də adi satış qaydasında alqı-satqı mümkündür. . Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.