Haqqında məlumat
Obyektin növü
Obyekt
Metro
Azadlıq Prospekti
Sahə
13000 m2
Otaq sayı
4 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Ziya Bünyatov prospektinin tam yaxınlığında, olduqca strateji və əlverişli bir məkanda yüksək gəlirli hazır biznes – anbar və istehsalat sahəsi təcili olaraq satışa çıxarılıb. Ümumi sahəsi 3 hektar olan ərazidə 13 000 kvadratmetrlik qapalı sahə mövcuddur. Bu kompleks qida məhsulları, dərman preparatları, parfümeriya, mebel, məişət texnikasının saxlanılması, eləcə də hər növ ekoloji təmiz istehsalat sahələrinin qurulması üçün tam uyğundur. Obyekt hazırda uzunmüddətli müqavilələrlə tam şəkildə icarədədir və yüksək gəlir gətirir. Kompleksin tavan hündürlüyü 8–10 metr arasında dəyişir, divarları və tavanı müasir sendviç panellərlə yığılıb. Döşəməsi sənaye üsullu betondur. Sahədə inzibati ofis otaqları, təbii işıqlandırma və effektiv havalandırma sistemləri mövcuddur. Gözəl asfalt örtüklü həyəti sayəsində ağırtonajlı yük avtomobillərinin hərəkəti və parklanması üçün heç bir problem yoxdur. İnfrastruktur cəhətdən ərazidə su, kanalizasiya və 1000 kVA gücündə xüsusi transformator (3 faza) var, həmçinin kəsintisiz enerji üçün rezerv generator quraşdırılıb. Kompleks Fövqəladə Hallar Nazirliyinin bütün təlimatlarına və təhlükəsizlik standartlarına tam cavab verir; müasir yanğınəleyhinə sistem, 24/7 video nəzarət kameraları və böyük su çəni ilə təchiz olunub. Həm torpaq sahəsi, həm də üzərindəki bütün tikililər tam özəldir, çıxarışı var və sənədləri tam qaydasındadır. Satış birbaşa vasitəçisiz həyata keçirilir və bütün detallı suallar qarşılıqlı görüş zamanı müzakirə olunur. Agentliyin xidmət haqqı icarə zamanı ilk ayın ödənişinin 30%-i, satış zamanı isə ümumi məbləğin 1%-i həcmindədir. "İnvest" şirkəti olaraq şəhərin istənilən ərazisində yeni tikili mənzillərin, obyektlərin, otel, restoran, kafe, mağaza, bank, avto və ya mebel salonlarının, gözəllik və fitnes mərkəzlərinin, zavod, fabrik, kombinat, anbar, istehsalat sahələrinin, həmçinin ev, villa və torpaqların icarəsini və satışını həyata keçiririk.