Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
07.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 717567
Haqqında məlumat
Obyektin növüObyekt
Sahə200 m2
KreditKreditsiz
Satılır – Hazır və yüksək gəlirli Permanent Makiyaj Studiyası 📍 Ünvan: Nizami metrosunun yaxınlığı Uzun illər ərzində formalaşdırılmış, tam hazır və uğurla fəaliyyət göstərən Permanent Makiyaj Studiyası satılır. 💰 Aylıq gəlir: 8.000–10.000 AZN Biznes tam işlək vəziyyətdədir və ilk gündən gəlir əldə etməyə imkan verir. Satışa daxildir: ✔ Tam təchiz olunmuş salon; ✔ Bütün mebel və avadanlıqlar; ✔ Formalaşmış peşəkar komanda; ✔ Böyük və daimi müştəri bazası; ✔ 2 Instagram və 1 TikTok səhifəsi. Sosial media səhifələrinin inkişafına illər ərzində 500.000 AZN-dən çox reklam büdcəsi yatırılıb. Səhifələr tanınmış brendə çevrilib və bu gün də aktiv müştəri axını təmin edir. Ən böyük üstünlüyümüz – Komanda Bu biznesin əsas dəyəri mebel və ya avadanlıq deyil, illərlə formalaşdırılmış peşəkar komandadır. Ustalar faiz sistemi ilə deyil, maaş sistemi ilə çalışırlar. Bu idarəetmə modeli sayəsində stabil kollektiv, yüksək xidmət keyfiyyəti və davamlı gəlir əldə olunur. Komandaya daxildir: • 5 peşəkar permanent makiyaj və qaş ustası (Azərbaycanın tanınmış və təcrübəli ustaları); • 2 kirpik laminasiyası və kirpik qaynağı ustası; • 2 administrator; • 1 SMM meneceri (mesajların cavablandırılması və müştərilərlə əlaqə); • 1 reklam mütəxəssisi (reklamların idarə olunması və sosial media səhifələrinin inkişafı). Əlavə gəlir mənbələri: • 1 kosmetoloq (otaq icarəyə verilib); • 3 dırnaq ustası (iş masaları icarəyə verilib); • 3 qaş ustası (kuşetka və otaqlar icarəyə verilib). Bu o deməkdir ki, alıcı yalnız işlək salon deyil, həm də əlavə icarə gəliri gətirən, tam formalaşmış bir biznes əldə edir. Niyə bu biznes? Əgər düşünürsünüz ki, bu səviyyədə biznesi sıfırdan daha az büdcə ilə qurmaq mümkündür, yanılırsınız. Bu nəticə illərlə çəkilən zəhmətin, 500.000 AZN-dən çox reklam investisiyasının, peşəkar komandanın, qazanılmış etibarın və minlərlə məmnun müştərinin nəticəsidir. Ustaların əl işləri ilə salonda və ya sosial media səhifələrində tanış ola bilərsiniz. 🏢 Obyektin aylıq icarə haqqı cəmi 1.000 AZN-dir. Mərkəzdə yerləşən və bu gəliri gətirən biznes üçün bu, olduqca sərfəli şərtdir. Satış səbəbi Ailəvi şəkildə Avropaya köç. Yeni sahibə tam dəstək Biznesi alan şəxsə 2–3 ay ərzində tam dəstək veriləcək. Şəxsən hər gün salona gələrək idarəetmə, reklam, işçi heyətinin idarə olunması, müştərilərlə iş və bütün biznes proseslərini addım-addım öyrədəcəyəm. Məqsədim yeni sahibin biznesi tam mənimsəməsi və eyni nəticələri əldə etməsidir. Aylıq gəlirlə bağlı bütün məlumatlar real fəaliyyətə əsaslanır və ciddi alıcıya yerində ətraflı təqdim olunacaq. 💵 Satış qiyməti: 100.000 AZN.