Bina 34 blok 8
06.07.2026
Elan nömrəsi: 713319
yeniemlak.az Mülkiyyətçi
132.000 AZN 1.833 AZN/m2 Satılır
Təmirsiz
Sumqayıt.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.07.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 713319
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Köhnə tikili
Sahə 72 m2
Mərtəbə 5 mərtəbə
Binanın mərtəbə sayı 4 mərtəbə
Otaq sayı 3 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Mənzil mənim adımadır, 11-ci mkr, bina 34, 3 otaq Leninqrad proyektdir. Təmiri səliqəlidir. Əşyalı satılır. Mənzilin hər iki tərəfdən balkonu olduğu üçün yayda da sərin qala bilir, havalıdır. (skvaznoydur) Mənzildə kombi, mətbəx mebeli, qaz peçi, aspirator, paltaryuyan, yataq otağındakı mebellər, qonaq otağının mebelləri (divan və stol, stul xaric) koridordakı mebel, uşaq otağındakı mebellər qalır. 11-ci mkr su, işıq, qaz daimidir. Təmirlə bağlı əgər su kəsilərsə, əlavə olaraq mənzilin içərisində su çəni də var. Kiçik yataq otağı və qonaq otağında balkonlar otaqlara qatılıb. Arxa balkon qatılmayıb. Bu bölgədə olan padvalı quru binalardan biridir, yolun qırağında yerləşir. Qarşısında bina yoxdur və həyəti oturmaq üçün, uşaqların oynamağı üçün uyğundur. Binanın tam arxasında Araz supermarket, Ən ucuz market, meyvə-tərəvəz satılan yer, 24 saat işləyən aptek, 1001 xırdavat, stroymaterial satılan mağaza, bir sözlə, ərazidə hər cür mağaza və infrastruktur var. Bütün marşrutlar demək olar ki, binanın yanından keçir (5, 7, 9, 33, 8, saray və bağ avtobusları). Sumqayıt Dövlət universitetinin yanı, 31, 29, 23 nömrəli məktəblərə yaxın, bağçalara yaxın ərazidə yerləşir.
Zəng et
Bənzər elanlar