Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 712796
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə130 m2
Torpaq sahəsi1.7 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Saray qəsəbəsində 15 il əvvəl tikilmiş həyət evi satılır. Ev şəxsi mülkiyyətdir və torpağın çıxarışı var. Bütün əşyaları ilə birlikdə təqdim olunur. Mebel, elektronika, xalçalar, lüsturlar və digər əşyalar satış qiymətinə daxildir. Əşyalar ideal vəziyyətdədir. Ev qoşa kubiklə tikilib, 60x60 beton bünövrəyə və beton kəmərə malikdir. Yerdən 6 daş kürsülüdür. Otaqlarda silinə bilən divar kağızları, təmiz və düyünsüz taxta qapılar, yerdən pəncərələr quraşdırılıb. 4 otaqdan əlavə, geniş dəhliz və qladovka mövcuddur. Qaz, daimi su, işıq, ev telefonu, Wi-Fi və mərkəzi kanalizasiya var. Ərazi qurudur, nəmişlik problemi yoxdur. Kombi xətti çəkilib, hamamda isti döşəmə quraşdırılıb. Həyət yoldan 2 daş hündürlükdə doldurulub, betonlanıb və tametlə döşənib. Su motoru var. Həyətə 2 avtomobil rahat daxil olur. Dəmir darvaza, yol tərəfdəki pəncərədə qoruyucu barmaqlıq və hər tərəfdən hündür hasar mövcuddur. Sarayda mərkəzi kanalizasiya, daimi su, quru ərazi və əsas yola yaxın həyət evi tapmaq çətindir. Ana yoldan Sumqayıt, Bakı, Avtovağzal və 20 Yanvar istiqamətlərinə müntəzəm marşrutlar işləyir.