Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 711176
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə130 m2
Mərtəbə12 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı2 otaq
KreditKreditsiz
9-cu mikrorayonun prestijli və əlverişli ərazisində yerləşən premium mənzil uzunmüddətli yaşayış üçün yalnız ailəyə kirayə təklif olunur. Şəxsi istifadə məqsədilə yüksək keyfiyyətli materiallarla zövqlə təmir olunmuş bu mənzil kirayə üçün hazırlanmayıb. İnteryer dizaynı rahatlıq, funksionallıq və estetik görünüşü özündə birləşdirir. Mənzilin üstünlükləri: * Yüksək səviyyəli, keyfiyyətli təmir * Tam əşyalı və yaşayışa tam hazır vəziyyətdə * 3 qapalı balkon * Mənzil üzrə tam kamera müşahidə sistemi * Zövqlü və keyfiyyətli mebellərlə təchiz olunub * 2 ədəd televizor * Paltaryuyan maşın * Qabyuyan maşın * Tam mətbəx məişət texnikası və bütün zəruri avadanlıqlar İnfrastruktur və yerləşmə Binanın birinci mərtəbəsində Tam Store Supermarket fəaliyyət göstərir. Ərazi nəqliyyat baxımından olduqca əlverişlidir. Binanın qarşısından 18, 61, 65 və 85 nömrəli avtobus marşrutları keçir. Buradan Əcəmi, 20 Yanvar, 28 May və Elmlər Akademiyası metro stansiyalarına, həmçinin şəhərin digər əsas istiqamətlərinə rahat və sürətli gediş-gəliş mümkündür. Yaxınlıqda məktəblər, uşaq bağçaları, apteklər, supermarketlər, fitness mərkəzləri və gündəlik yaşayış üçün tələb olunan bütün sosial və iaşə obyektləri mövcuddur. Bina və təhlükəsizlik Binanın geniş, abad və yaşıllıqla əhatə olunmuş həyəti, uşaqlar üçün oyun meydançası mövcuddur. Blok domofon sistemi və müasir təhlükəsizlik kameraları ilə təchiz olunub ki, bu da sakinlərin rahatlığını və təhlükəsizliyini maksimum səviyyədə təmin edir. Qeyd: Mənzil yalnız səliqəli və uzunmüddətli qalmağı planlaşdıran ailəyə kirayə verilir. Ətraflı məlumat, kirayə şərtləri və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.