Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.07.2026
Baxışların sayı: 0Elan nömrəsi: 708865
Haqqında məlumat
MetroKoroğlu
Sahə130 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xəzər rayonu, Buzovna qəsəbəsində, Hərbi Zavodun yaxınlığında yerləşən 3 sot torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 130 kv.m olan 4 otaqlı həyət evi satışa çıxarılıb. Ev tam təmirlidir, müasir dizaynda keyfiyyətli materiallarla təmir olunub. Döşəmələr isti poldur, kombi sistemi quraşdırılıb.
Ev 3 geniş yataq otağı, 1 işıqlı qonaq otağı və geniş mətbəxdən ibarətdir. Həyət tamet daşları ilə döşənib, evin qarşısında geniş eyvan yerləşir. Həyətin hər iki tərəfində torpaq sahəsi var və burada meyvə ağacları, güllər və digər bitkilər əkilməsi mümkündür.
Əraziyə Musa Nağıyev küçəsi, Aeroport yolu və Albalılıq istiqamətindən rahat giriş mövcuddur. Ətraf tam yaşayışlıdır, bütün kommunal xətlər (qaz, su, işıq və internet) mövcuddur. Yaxınlıqda 322 nömrəli məktəb, uşaq bağçası, marketlər və digər zəruri iaşə obyektləri yerləşir.
Rahat yerləşməsi, keyfiyyətli təmiri və geniş həyəti ilə bu ev ailəvi yaşayış üçün əla secimdir.