Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
07.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 707591
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə74 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı12 mərtəbə
Otaq sayı2 otaq
KreditKreditsiz
Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında, Gənclər Parkı ilə üzbəüz yerləşən prestijli "Olympus Park" yaşayış kompleksində mənzil satışa təqdim olunur. "Olympus Nobel" layihəsinə aid yeni tikili 12 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 74 kv.m-dir. Mənzil 2 otaqlıdır və rahat şəkildə 3 otağa düzəltmək imkanı mövcuddur. Pəncərələri dəniz panoramalı və Gənclər Parkına baxır. Metroya piyada 5–10 dəqiqəlik məsafədə yerləşən binanın yaxınlığında avtobus dayanacağı, 3 məktəb və iri marketlər mövcuddur. Kompleksdə tennis kortu, futbol meydançası, mini park, uşaqlar üçün istirahət zonaları, geniş yaşıllıq sahəsi, 2 mərtəbəli parking, 24 saat mühafizə və su ehtiyat anbarı yaradılıb. Binada Finlandiyanın KONE və İsveçrənin SCHINDLER markalı premium liftləri quraşdırılıb. Tikinti keyfiyyəti və möhkəmliyi ilə seçilən yaşayış kompleksi rahat və təhlükəsiz yaşam üçün ideal seçimdir.