Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Sahə
130 m2
Otaq sayı
4 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
Nardaran qəs., Sea Breeze gedən yolda, əsas yoldan 300 m məsafədə, yolu asfalt, 12 sotda 130 m² sahəsi olan, 4 otaqlı bağ evi ƏŞYALARLA satılır. Ev 2 yataq otağı, qonaq otağı, çox geniş studio-mətbəx, camaşırxana, 2 san/qovşağı (biri yataq otağında, digəri koridorda), böyük verandadan ibarətdir. İstilik sistemi kombidir. Koridor və san/qovşaqları isti poldur. Hər otaqda kondisioner var. Ev 2021-ci ildə inşa olunub. Monolit tikilib, gələcəkdə 2-ci mərtəbənin tikilişi mümkündür. Həyətdə çox sayda meyvə ağacları və dekorativ yaşıllıqlar var. Ayrıca nəzarətçi evi, kladovka, inteks basseyn, artezian su quyusu, perimetr boyu kamera-nəzarət və siqnalizasiya sistemi, 5 tonluq su çəni və s. var. Ətrafı tam yaşayışlıdır. Bütün kommunal xətlər (su, qaz, elektrik, internet) daimidir, sayğacları var) Ev il boyu yaşamaq üçün tam uygundur. 295 saylı məktəbdən 1,5 km; Sea Breeze-in əsas girişindən 4,5 km məsafədədir. Sənəd: Kupça (xüsusi mülkiyyət) Start qiymət: 260.000 azn Elandakı konum (location, mestopolojeniye) 100% dəqiqdir. (Ofis komissiya haqqı: 1%)