Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 703322
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə85 m2
Torpaq sahəsi6 sot
Otaq sayı3 otaq
KreditKreditsiz
Şəki rayonunun Baş Zəyzid kəndində, təbiətin qoynunda yerləşən bu komfortlu istirahət evi sizə sakitlik və rahatlıq dolu günlər bəxş edəcək. Şəki şəhər mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə yerləşən ev dağ mənzərəsi və meşə əhatəsi ilə təbiətlə baş-başa qalmaq istəyənlər üçün ideal seçimdir. Ev 2 yataq otağı və geniş mətbəx-studiya tipli qonaq otağından ibarətdir. Maksimum 6 nəfərin rahat şəkildə qalması üçün nəzərdə tutulub və yalnız ailələrə kirayə verilir. Qonaqların istifadəsi üçün aşağıdakı imkanlar mövcuddur: • Hovuz • Dağ mənzərəli geniş terras • Uşaqlar üçün mini oyun sahəsi • Böyük ekran Smart TV • Yüksək sürətli Wi-Fi internet • Geniş və təhlükəsiz avtomobil dayanacağı • Samovar • Qəhvə aparatı • Paltaryuyan maşın və ütü • Elektrik bişirmə paneli • Soyuducu və tam təchiz olunmuş mətbəx ləvazimatları • Manqal və kömür Qonaqların rahatlığı üçün çay, qəhvə, şəkər, duz, müxtəlif ədviyyatlar və gigiyenik vasitələr ev sahibi tərəfindən təmin edilir. Evdə isti su daimidir. Elektrik enerjisində yaranan fasilələr zamanı avtomatik işə düşən generator sayəsində enerji təchizatı kəsilmir. Giriş saatı: 15:00 Çıxış saatı: 12:00 Qeyd: Giriş zamanı şəxsiyyət vəsiqəsi və nikah haqqında sənəd təqdim olunmalıdır. Uzunmüddətli qalmalar üçün xüsusi endirimlər tətbiq edilir. Təbiətin gözəlliyini, təmiz havanı və rahat istirahəti bir arada yaşamaq istəyən ailələri qonaq görməkdən məmnun olarıq.